Rio-2016: Olimpiadanın təntənəli açılış mərasimi olub

Rio-2016: Olimpiadanın təntənəli açılış mərasimi olub

Braziliyanın Rio de Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olub. Bakı vaxtı ilə saat 03:00-də başlanan mərasim "Marakana" stadionunda keçirilib. Stadionda quraşdırılan böyük səhnədə Olimpiya Oyunlarının əsas dəyərlərindən sayılan sülhü təmsil edən görüntülər formalaşdırılıb. Sonra məşhur müğənni Paulinho da Violanın ifasında Braziliyanın dövlət himninin səsləndirilib və bu ölkənin bayrağı "Marakana" stadionunda qaldırılıb. XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunur. Azərbaycan millisinin bayraqdarı boksçu Teymur Məmmədov olub.

Qeyd edək ki, avqustun 21-dək davam edəcək Rio de Janeyro Olimpiadasında 206 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306 dəst medal uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə