“Topçular” rəqibini “topa tutdular”!

“Topçular” rəqibini “topa tutdular”!

Dünyanın yaşıl meydanlarında bir neçə yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, "Tottenhem" "İnter"i topa tutub. Hotspurlular İtaliya nəhənginin qapısından nə az, nə çox, düz 6 top keçiriblər. Mançininin yetirmələri yalnız 1 dəfə fərqlənməyə nail olublar. Günün digər maraqlı oyunu isə "Borussiya" (Dortmund) və "Sanderlend" arasında baş tutub. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib. "Arsenal" isə Skandinaviya turnesinin ilk oyununda Norveç "Vikinq"ini meydana çıxmağına peşman edib – 8:0.

Yoxlama oyunları

5 avqust

"Tottenhem" (İngiltərə) – "İnter" (İtaliya) – 6:1
Qollar: Keyn, 5-pen; 57. Lamela, 40. Delle Alli, 52. Yanssen, 65. Harrison, 77 - Perişiç, 24.

"Borussiya" D (Almaniya) – "Sanderlend" (İngiltərə) – 1:1
Qollar: Nuri Şahin, 17 - Kone, 66

"Bernli" (İngiltərə) – "Real Sosyedad" (İspaniya) – 1:1
Qollar: Qrey, 88 - Navas, 31

"Vikinq" (Norveç) – "Arsenal" (İngiltərə) – 0:8
Qollar: Kempbell, 34; 59. Kazorla, 50. Uolkot, 53. Haukus , 55-avtoqol. İvobi, 71; 81. Akpom. 89

Bütün xəbərlər Facebook səhifəmizdə