Respublika çempionatında qızğın mübarizə

Respublika çempionatında qızğın mübarizə
Respublika Şahmat Mərkəzində 14-16-18 yaşadək yeniyetmə və gənclər arasında Azərbaycan Çempionatının 8-ci turu başa çatıb. Siasport.az saytı xəbər verir ki, 11 turdan ibarət olaraq dairəvi sistemlə keçirilən birincilikdə müvafiq olaraq oğlan və qızlar qüvvələrini sınayır. 14 yaşadək qızların mübarizəsində liderlik uğrunda Aytən Əmrayeva və GünayNəsirova mübarizə aparırlar. Onların hər ikisinin aktivində 7 xal var. Eyni yaş qrupunda oğlanların yarışında isə vahid lider 7 xalla Elxan Bayramovdur. 16 yaşadək yeniyetmə qızlarda 8 xalla gəncə şahmatçısı Ülviyyə Fətəliyeva turnir cədvəlinin zirvəsində qərarlaşıb. Bu yaş qrupunun güclü cinsin nümayəndələrinin çempionatında isə iki hakimiyyətlilikdir. 7 xala malik Şücaət Orucov və Amil Abbasov liderlik uğrunda mübarizəni davam etdirirlər. 18 yaşa qədər gənc qızlarda beynəlxalq usta Abdulla Xəyalə 7 xalla, oğlanlarda isə 6 xalla Zaur Məmmədov turnir cədvəlinə başçılıq edirlər.

Qeyd edək ki, yalnız 18 yaşa qədər oğlanların çempionu 9 turdan sonra müəyyən olunacaq. Sabah bu yaş qrupunda ölkə çempionunun adı müəyyən ediləcək.

Çempionatların əsasnaməsinə görə birincilikdə 1-ci yeri tutan şahmatçılar 17-27 noyabr tarixlərində Braziliyanın Caldas Novas şəhərində keçiriləcək yeniyetmələrin Dünya çempionatına, ikinci pillənin sahibləri isə 17-27 sentyabr tarixlərində Bolqarıstanın Albena şəhərində keçiriləcək Avropa çempionatına vəsiqə əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com