Fransa milli komandasının və Almaniyanın "Bayern Münhen" futbol klubunun ulduz futbolçusu Frank Riberi, komanda yoldaşı Patris Evra ilə birlikdə dünən Xorvatiya millisi ilə oynanılan qarşılaşmada fransız azarkeşlər tərəfindən fitə basılıblar. Siasport.az saytı xəbər verir ki, hər iki futbolçu ehtiyat futbolçular skamyasında görünən kimi tribunalardan ciddi təzyiqlərə məruz qalıblar. Fransız azarkeşlər bu iki futbolçunu milli komandada görmək istəmədiklərini onlara qarşı sərgilədikləri mövqeləri ilə və stadionda asdıqları şüarlarla nümayiş etdiriblər. Xatırladaq ki, keçən il Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatında Nikola Anelka, Fransa milli komandasının o zamankı baş məşqçi Raymond Domenekə qarşı təhqiredici sözlərlə çıxış edərək, onu "bir qara qəpiyə dəyməyən" adam kimi xarakterizə etmişdi. Bundan qəzəblənən Fransa Futbol federasiyası isə N.Anelkanı sərt şəkildə cəzalandırmış, həmin hadisədə komanda yoldaşlarına qoşularaq ona dəstək verən F.Riberi və P.Evra da 4-5 oyunluq komandadan uzaqlaşdırılmışdılar. Məhz bundan sonra Fransa yığması uğursuz çıxış etməyə başlamışdı. Bu cəza ucbatından komandaya neçə müddətdir ki, dəstək verə bilməyən bu iki futbolçu, görünür artıq fransız azarkeşlər tərəfindən "persona non qrata" elan olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB