Avropalı menecerlər “Şükrü Saracoğlu”da Arda Turanı izləyiblər

Avropalı menecerlər “Şükrü Saracoğlu”da Arda Turanı izləyiblər
Dünən "Şükrü Saracoğlu" stadionunda AÇ:2012 çərçivəsində Avstriya milli komandasını 2:0 hesabı ilə məğlub edən Türkiyə yığmasının futbolçuları, sevinclərini azarkeşlərlə hərə bir şəkildə paylaşmağa çalışıblar. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Qalatasaray" futbol klubunun kapitanı Arda Turan isə öz sevincini başqa rakurslardan büruzə verib. Belə ki, uzun sürən zədələrdən sonra yenidən milli komandanın düşərgəsinə qayıdan A.Turan, dünənki qarşılaşmada mükəmməl qol vuraraq, yenidən Türkiyə və Avropanın futbol menecerlərinin gündəminə gəlib. Artıq dünənki qarşılaşmada onu bir sıra xarici klubların menecerləri də izləyiblər. Türkiyə mətbuatı xəbər verir ki, Adnan Polatın "Qalatasaray" prezidenti postundan getməsi yəqinləşdikcə, mövsümün sonunda A.Turanın Avropa klublarından birinə transfer olunması da yəqinləşir. Hətdda bir ara onun zədəli olduğunu bəhanə edərək qarşıdakı mövsümdə sağlam şəkildə transfer ola bilmək üçün bir sıra qarşılaşmalara çıxmaması barədə məlumatlar Türkiyədə böyük səs-küy yaratmışdı. Türkiyə mediyası iddia edir ki, artıq A.Turanın transfer məsələsi sürətlə öz həllini tapmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə