"Qalatasaray” “Arsenal”ın futbolçusunu heyətinə qatacaq

"Qalatasaray” “Arsenal”ın futbolçusunu heyətinə qatacaq

"Qalatasaray" "Arsenal"ın futbolçusunu heyətinə qatacaq. SİA-nın məlumatına görə, "sarı-qırmızılar"ın fransız futbolçu Mathieu Debuçi üçün Premyer Liqa klubuna etdikləri təklif qəbul olunub. Sözügedən futbolçu "Qalatasaray"da icarə əsasında forma geyinəcək.

Ötən mövsüm bir dönəm "Bordo"da icarə əsasında çıxış edən və daha çox zədəli olan 31 yaşlı futbolçu cəmi16 matçda oynaya bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə