Mərkəzi arenaya Çindən maşın alınır-FOTO

Mərkəzi arenaya Çindən maşın alınır-FOTO
Tofiq Bəhramov adına Respublika stadionu üçün yeni ambulans maşın alınır. Siasport.az saytı fanat.az-a istinadən xəbər verir ki, meydançanın daxilində istifadə ediləcək maşın ölkəmizə Çindən gətirilir.
Maşınlar artıq sifariş verilib. Bu maşından Azərbaycana 4-ü gətiriləcək. Ambulansın qiyməti də məlumdur. Maşın təxminən 10 min dollara başa gələcək.
Qeyd edək ki, indiyə qədər heç bir stadionumuzda belə maşınlardan istifadə olunmayıb. Mərkəzi arenanın direktoru Akif İsmayılovun istəyi ilə gətirilən ambulans yaxın vaxtlarda ölkəmizdə olacaq. Artıq mərkəzi arenada zədəli futbolçuların daşınması üçün xərəkdən yox, maşından istifadə olunacaq.
Qalan üç maşının hansı stadionlara satılacağı hələ məlum deyil. Bu barədə yaxın günlərdə oxuculara məlumat verəcəyik.



Bütün xəbərlər Facebook səhifəmizdə