İngiltərənin "Tottenhem" futbol klubu fransız futbolçusu Villiam Gallasla müqavilə müddətini daha 2 il uzadıb. Siasport.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi internet səhifəsi məlumat yayıb. Məlumatda deyilir ki, 33 yaşlı fransız futbolçu 2013-cü ilə qədər nəzərdə tutulan müqavilə, məhz futbolçunun öz istəyi ilə baş tutub. Xatırladaq ki, "Tottenhem"ə "Arsenal" futbol klubundan transfer olunan və bundan əvvəl də daha bir ingilis nəhəngi "Çelsi"nin də formasını geyən futbolçu, Harry Redknappın baş məşqçiliyi dövründə 28 qarşılaşmada meydana çıxmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB