Buffon “Yuventus”u “Arsenal”a dəyişir?

Buffon “Yuventus”u “Arsenal”a dəyişir?

İtaliyanın "Yuventus" futbol klubunun və İtaliya yığma komandasının qolkiperi Cianluici Buffon doğma komandasından ayrılır. Siasport.az saytı xəbər verir ki, qolkiperin meneceri Silvano Martina təcrübəli qapıçının artıq Yuventus təmsilçisinin şərəfini qorumaq barədə düşünmədiyini diqqətə çatdırıb. O əlavə edib ki, digər Avropa klublarına transfer olunmağı nəzərdən keçirən C. Buffon, "Mançester Yunayted" və ya "Mançester Siti" klublarının yolunu tutmayacaq. Onun bu iki ingilis klubuna anti-simpatiya bəslədiyi məlum olub. Deməli, C.Buffonun bu iki klubdan təklif alacağı təqdirdə belə ingilis klublarına keçməyəcəyi indidən dəqiqdir. "Goal.com" saytına məlumat verən S.Martina, C.Buffonun "Yuventus" futbol klubu ilə 2013-cü ilə qədər müqaviləsinin olduğunu, amma buna baxmayaraq mövsümün sonunda transfer məsələsi gündəmə gələcəyi təqdirdə qarşılıqlı razılaşma əsasında italyan klubunu tərk edəcəyini də dilə gətirib. O bildirib ki, italyan qapıçının ən yaxşı transfer seçimi İngiltərənin başqa bir nəhəng futbol klubu olan "Arsenal"dır. O, C.Buffonun da "Arsenal"a simpatiya bəslədiyini və orada çıxış etməyə müsbət yanaşdığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə