Braziliya millisi "Rio-2016"da fitə basıldı

Braziliya millisi "Rio-2016"da fitə basıldı

"Rio-2016"nın futbol yarışlarında Braziliya millisinin ilk matçını qolsuz bərabərliklə bitirməsi yerli azarkeşləri özlərindən çıxarıb. SİA-nın məlumatına görə, CAR-la "sülh" bağlayan komanda azarkeşlərin mənəvi təzyiqinə məruz qalıb. Braziliya yığması rəqib azlıqda qaldıqda belə üstünlük nümayiş etdirə bilməyib. "Sambaçılar"ın heyətində Neymar, Qabriel Barbosa, "Mançester Siti"nin yeri transferi Qabriel Jesus da yer alıb. Stadionu dolduran azarkeşlər matç bitəndən sonra Neymar və komanda yoldaşlarını fitə basıb, onlara etirazlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə