"Bursaspor" klubu aprelin 3-də Super Liqanın 27-ci turunda "Fənərbaxça" ilə oyunun hazırlıqlarına başlayıb. Siasport.az saytı xəbər verir ki, "Özlücə" bazasında hazırlıq keçən komanda, müqaviləsinin müddətini 3 il daha uzatdığı baş məşqçi Ertuğrul Sağlamın rəhbərliyi altında məşqlər keçir.
Bir saat yarım davam edən bugünkü məşqə futbolçular isinmə hərəkətləri
ilə başlayıblar. Ötürmə və press hərəkətləri ilə davam edən məşqdən sonra 2 qapıya
oyun keçirilib.
Ağ-yaşıllı komanda sabah da hazırlıqlarını davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB