"Qalatasaray"da qapıçı məşqçisi vəzifəsindən ayrılan Klaudio Taffarel yerli mətbuata fikirlərini bildirib. SİA-nın məlumatına görə, o,"sarı-qırmızılı" komandaya geri qayıdacağına inandığını qeyd edib: "Futbolçu karyeramda bu klubdan yaxşı şəkildə ayrılmamışdım. Həmin vaxt geri dönməyəcəyimi düşünürdüm. Bu gün isə buradan gözəl duyğularla ayrılıram və geri qayıdacağımı düşünürəm. "Qalatasaray" camiəsi çox özəldir. Buranın inanılmaz ab-havası var. Bunu həm qapıçı, həm də məşqçi olaraq hiss etmişəm. Birlik və bərabərlik davam etdikcə "Qalatasaray" daha yüksək yerlərdə olacaq. Mənim və mənim kimi qapıçıların burada uğur qazanmasının səbəbi biz yox, "Qalatasaray" camiəsidir. Qapıçı olaraq unuda bilmədiyim matç UEFA Kubokunu qazandığımız "Arsenal" ilə oyun idi. Qapıçı məşqçisi olaraq unuda bilmədiyim isə 5 ilidir. Çünki bura gələndə məşqçilik haqda heçə nə bilmirdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB