Paralimpiya Oyunlarında 41 idmançımız mübarizə aparacaq

Paralimpiya Oyunlarında 41 idmançımız mübarizə aparacaq

Azərbaycan Paralimpiya komandasının Rio-de-Janeyro Paralimpiya Oyunları üçün heyəti məlum olub. SİA-nın məlumatına görə, Azərbaycan oyunlarda 41 idmançı ilə təmsil olunacaq. Onlardan 16-sı atletika, 7-si cüdo, 2-si pauerliftinq, 12-si üzgüçülük, 3-ü güllə atıcılığı və 1-i kamandan oxatma yarışlarında iştirak edəcək.

Açılış mərasimində Azərbaycan Paralimpiya komandasının bayraqdarı 3 dəfə Paralimpiya Oyunlarının medalçısı, cüdoçu İlham Zəkiyev olacaq.Qeyd edək ki, Paralimpiya Oyunları Braziliyada sentyabrın 7-dən 18-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə