"Kopa Amerika-2016" turnirinin ardından Argentina milli komandasında oynamaqdan imtina edən məşhur futbolçu Lionel Messi sürpriz addım atıb. SİA-nın məlumatına görə, o, Argentina millisinin yeni baş məşqçisi Edqardo Bauza ilə görüş tələb edib. Futbolçu hələ ki, milli komandaya qayıtmaq haqqında qərar verməsə də, gələn həftə Bauza ilə görüşdən sonra fikrini dəyişdirə bilər.
Qeyd edək ki, Messi milli komandada 113 matçda 55 qola imza atıb. O, 2008-ci ildə Olimpiadada qızıl medal qazanıb. Futbolçu 3 dəfə "Kopa Amerika", 1 dəfə Dünya Kubokununun finalında məğlubiyyət acısı yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB