\"Xəzər Lənkəran\" \"Xəzər Lənkəran\"ı darmadağın etdi

\"Xəzər Lənkəran\" \"Xəzər Lənkəran\"ı darmadağın etdi
"Xəzər Lənkəran"ın əsas komandası əvəzedici heyəti ilə yoldaşlıq görüşü keçirib. Siasport.az saytı xəbər verir ki, əsas heyət əvəzediciləri 7:0 hesabı ilə məğlub edib. Yoxlama xarakteri daşıyan bu oyunda baş məşqçi demək olar ki, sərəncamında olan bütün oyunçulara meydana çıxmaq imkanı yaradıb. Bol qollu görüşdə adını tabloya ilk yazdıran Hristu Kyaku olub. Ardınca Alim Qurbanov fərqlənib. İlk hissənin son qolunu isə yenə Kyaku vurub.

İkinci hissədə isə daha dörd oyunçu qolla yadda qalıb. Adrian Pit, Uinston Parks, Tural Cəlilov və Katalin Doman hərəyə bir dəfə fərqlənərək böyük hesablı qələbəni təmin ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə