Olimpiyaçıların əşyaları oğurlanıb

Olimpiyaçıların əşyaları oğurlanıb

"Rio-2016" Yay Olimpiya Oyunlarının rəsmi şəkildə başlanmasına qısa müddət qaldığı bir ərəfədə Olimpiya Kəndində xoşagəlməz hadisə baş verib. SİA-nın məlumatına görə, bir müddət öncə Avstraliya yığmasının başına gələn hadisə ilə Danimarka millisi də qarşılaşıb. Belə ki, Danimarka olimpiyaçılarının əşyaları oğurlanıb. Oğurlananlar arasında şəxsi əşyalar, mobil telefonlar, geyim və planşetlər olub. Danimarka nümayəndə heyətinin rəhbəri Morten Rodtvitt baş verənlərin doğru olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə