İspaniya Litvanı məğlub etdi, Holandiya - Macarıstan matçında qol yağışı oldu

İspaniya Litvanı məğlub etdi, Holandiya - Macarıstan matçında qol yağışı oldu
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində son Avropa və dünya çempionu İspaniya səfərdə Litva ilə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, İspaniya rəqibi səfərdə məğlub edib-1:3.

19-cu dəqiqədə Xavi Hernandes hesabı açıb. 57-ci dəqiqədə Marius Stankeviçius hesabı bərabərləşdirib. 70-ci dəqiqədə avtoqola imza atan Tadas Kiyanskas ispanların köməyinə çatıb. Son nöqtəni isə matçın bitməsinə 7 dəqiqə qalmış Xuan Mata qoyub.

Hollandiya - Macarıstan matçında isə 8 qolun vurulub. Oyun hollandların 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Hollandiya yığmasının heyətində Dirk Kuyt dubl edib, Robin van Persi, Uesli Sneyder və Ruud van Nistelrooy hərəyə bir qol vurub.

Estoniya Serbiya (1:1), Şimali İrlandiya Sloveniya (0:0) ilə isə sülh bağlayıb. Rumıniya Lüksemburqu (3:1), İsrail Gürcüstanı (1:0), İsveç Moldovanı (2:1), Çexiya Lixtenşteynə (2:0) qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com