Berti Foqts: "Öz səhvlərimizdən qol buraxdıq"

Berti Foqts: "Öz səhvlərimizdən qol buraxdıq"
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Belçika - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Berti Fotqs oyun barədə fikrilərini bildirib: "Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlar bizdən üstün idi. Sürətli oynadılar. Avstriya yığmasına qalib gələndən sonra meydana arxayın çıxmaları hiss olunurdu.

İlk qolu buraxdıqdan sonra öz oyunumuzu tapa bildik, hesabı bərabərləşdirdik, yaxşı oynadıq. Ancaq lazımsız penalti oyunun axarını dəyişdirdi. İkinci hissədə kombinasiyalı oynadıq. Son ötürmə alınmırdı. Öz səhvlərimizdən qol buraxdıq. Belçika yığmasının qrupumuzda 2-ci ən güclü komanda olduğunu düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə