Joze Mourinyodan Runi haqqında maraqlı açıqlama

Joze Mourinyodan Runi haqqında maraqlı açıqlama

Məşqçilik koryerası ərzində daima ulduz futbolçularla münaqişələr yaşayan "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo, yeni komandasının kapitanı olan Ueyn Runi haqda xoş sözlər deyib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis təcrübəli hücumçu barədə bunları bildirib: "Həmişə Runini komandamda görmək istəmişəm. İndi bu arzuma çatmışam. Runi "Mançester Yunayted"də ən yaxşı illərini keçirib. O, komandasını çox sevir. Tezliklə ondan daha yaxşı oyun gərəcəyik". Qeyd edək ki, 2004-cü ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyan 31 yaşlı futbolçu 368 oyunda 178 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə