Kəpəz"in qapıçısı rəqiblərdən çəkinir

Kəpəz"in qapıçısı rəqiblərdən çəkinir

Kəpəz"in qapıçısı David Kərimi Gəncə klubunun rəsmi saytına açıqlamasında maraqlı fikirlərlə çıxış edib. Əslində "Kəpəz"in yayda heyətinə qatdığı təcrübəli qolkiperi bu komanda üçün yad sima hesab etmək olmaz. Çünki Kərimi iki il oncə də Gəncə təmsilçisinin şərəfini qoruyub: "Çempionata hazırlığımız yüksək səviyyədə gedir. Avropa Liqasında mübarizəni başa vurduqdan sonra bütün diqqətimizi çempionata yönəltmişik. Rəqiblərimizin hər biri güclüdür, bunu yaxşı dərk edirik. Bu, mənim "Kəpəz"də ikinci mövsümüm olacaq. Bilirsiniz ki, bir müddət öncə komanda birinci divizionda çıxış edərkən heyətdə idim. Təbii ki, aşağı liqa ilə Premyer Liqa eyni səviyyəli yarış deyil. Elə "Kəpəz" də əvvəlki komanda kimi görünmür. Kollektivimiz indi daha güclüdür. Komandaya diqqət və qayğı var. Aydın məsələdir ki, çempionatda işimiz çətin olacaq. Bizi ağır rəqabət gözləyir. Çünki bütün klublar güclüdür, zəif rəqib yoxdur". Xatırladaq ki, "Kəpəz" ilk turda avqustun 8-də "Qəbələ"nin qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə