Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun "Qalatasaray" futbol klubunun sabiq baş məşqçisi Fatih Terimin Oman yığmasını çalışdırmaq istəyi mümkünsüz görünür. Siasport.az saytı xəbər verir ki, buna əsas səbəb qarşı tərəfin türkiyəli məşhur futbol mütəxəssisindən ilin 300 gününü Omanda keçirməsini tələb etməsidir. Oman milli komandasının baş məşqçisi olmağa razılıq verəcəyi təqdirdə F.Terimə bir ildə görəcəyi işə görə 10 milyon avro ödəməyi planlaşdıran Oman Futbol federasiyasının rəhbərliyi, komandanı daha yaxşı hazırlaşdırmaq və futbolçularla sıx ünsiyyətdə olması üçün F.Terimin bu ölkədə il ərzində 300 gün qalmasını tələb edir. Türkiyəli mütəxəssis isə ailəsindən bu qədər gün ayrı qalmağın mümkünsüzlüyünü irəli sürərərək imtina etmək istəyir. O təklif edib ki, 300 gün 180 günə endirilsin. Amma qarşı tərəf də bu təklifi müsbət qarşılamağa hazırlaşmır. Belə görünür ki, tərəflərin razılığa gəlməsi mümkün olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB