Türkiyə yığması “ölüm-dirim” oyununa çıxır

Türkiyə yığması “ölüm-dirim” oyununa çıxır

Futbol üzrə Türkiyə millisi bu AÇ:2012 seçmə mərhələsi çərçivəsində çox ağır bir qarşılaşmaya çıxacaq. Siasport.az saytı xəbər verir ki, bu gün axşam Bakı vaxtı ilə saat 23:30-da İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda Avstriya milli futbol komandasını qəbul edəcək "ay-ulduzlu" komandanın, bu oyunun nəticəsindən asılı olaraq 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa Çempionatına qatılıb-qatılmayacaqı məsələsinə də aydınlıq gələcək. "Ölüm-dirim" mücadiləsi hesab olunan qarşılaşma qardaş ölkənin qrupdakı mövqeyinin yaxşılaşması və nəzəri də olsa qrup ikinciliyinə yüksəlməsi barədəki ümidlərin reallaşması üçün olduqca mühüm əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə