İradə Aşumova 10-cu oldu

Sidneydə güllə atıcılığı üzrə dünya Kuboku yarışları keçirilir. Siasport.az saytı xəbər verir ki, kiçikçaplı tapançadan güllə atıcılığı üzrə qadınlar arasında keçirilən yarışda İradə Aşumova 580 xal toplayıb və 54 iştirakçı arasında 10-cu yeri tutub.
Yarışların final mərhələsinə 8 ən güclü idmançı qatılıb, ukraynalı Olena Kosteviç 783,3 xal toplayaraq qızıl medal qazanıb.//AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə