\"Neftçi\" \"Sport foot magazine\" jurnalında

\"Neftçi\" \"Sport foot magazine\" jurnalında
Ötən ilin sentyabr ayında Belçikanın məşhur \"Sport foot magazine\" nəşrinin əməkdaşları Stefan Van der Velde və Erik Herşaft \"Neftçi\"nin düşərgəsini ziyarət etmişdilər. Səfər müddətində belçikalılar flaqmanın məşqlərindən geniş reportaj hazırlamış, klub rəhbərliyi ilə görüşmüş, komandanın belçikalı hücumçusu Emil Mpenzadan müsahibə götürmüş və AFFA-da olmuşdular. Siasport.az saytı xəbər verir ki, yığmamızın bu gün Belçika ilə keçirəcəyi oyunöncəsi \"Sport foot magazine\" jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayında belçikalılar \"Neftçi\"yə geniş yer ayırıblar. Stefan Van der Velde və Erik Herşaft Bakı təəssüratlarını jurnalın səhifələrinə həkk etməklə yanaşı, komanda haqqında ətraflı məlumat veriblər. Emil Mpenzanın müsahibəsinə də jurnalda geniş yer verilib. Həmçinin belçikalı jurnalistlər Azərbaycan futbolunun son illər inkişafda olduğunu da öz yazılarında xüsusi vurğulayıblar. Həmçinin \"Sport foot magazine\" jurnalının elektron versiyasında mütəmadi olaraq Azərbaycan futbolu və \"Neftçi\" haqqında yazılara yer verilir və belçikalı oxucular futbolumuz haqqında daim məlumat alırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə