AZAL-ın təyyarəsi Rio-de-Janeyro hava limanının tarixində yeni rekord vurub. SİA-nın məlumatına görə, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, ölkəmizin idmançılarını "Rio-2016" Olimpiya Oyunlarına çatdıran Azərbaycan Hava Yollarına məxsus "Airbus A340-500" sərnişin layneri Rio-de-Janeyronun "Qalean" Beynəlxalq hava limanının tarixində ən uzun uçuş kimi yeni rekorda imza atıb.
Bu barədə "Qalean" hava limanının "facebook" sosial şəbəkəsinin rəsmi səhifəsində bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB