İstanbulun "Fənərbaxça" futbol klubunun hücumçusu Semih Şentürk İspaniyanın "Deportivo" futbol klubunun gündəmindən düşmür və ispan klubu türk futbolçunu transfer etmək üçün konkret addım atmaq qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, ispan təmsilçisi bir neçə ay bundan əvvəl də S.Şentürkü transfer etmək üçün İstanbul klubunun qapısını döymüşdü. Amma o vaxt Türkiyə Superliqasında çempionluq yarışı üçün ölüm-dirim savaşına girən "Fənərbaxça" klubu, bu təklifi qəti şəkildə rədd etmişdi. Amma "Deportivo" futbolçunun transferi ilə bağlı təklifini yenidən gündəmə gətirərək İstanbul klubuna müraciət edib. Artıq bu il Türkiyə təmsilçisinin çempionluğu başı üzərinə qaldıracağı heç kəsdə şübhə yaratmır. Komanda Superliqada birinci yerin sahibidir və bu templə oyunlarına davam edə bilsə, çempionluq kubokunu muzeyinə aparacaqı dəqiq məsələdir. "Deportivo"nun texniki məsələlər üzrə katibi Ernesto Bellonun imzası ilə artıq "Fənərbaxça"ya rəsmi təklif məktubu da daxil olub. İspaniya çempionatında xoş günlər keçirməyən "Deportivo" klubu, hazırkı vəziyyətdən çıxmaq üçün yeni futbolçuları heyətə cəlb etməyə başlayıb və S.Şentürk də bu siyahıya daxildir. Türkiyə mətbuatı xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda futbolçusunun "Deportivo"ya keçidini rəsmiləşdirmək niyyətindədir. Buna səbəb ispan klubunun transferin şərtlərini həll etmək üçün konkret rəqəm irəli sürməsi və bu rəqəmin də "Fənərbaxça"nı təmin etməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB