AFFA I Divizion komandalarını cəzalandırdı

AFFA I Divizion komandalarını cəzalandırdı
AFFA-nın İtizam komitəsinin iclası keçirilib. Siasport.az saytı aşağıdakı qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

Futbol üzrə Azərbaycan I Divizionunun XIX turunun "Neftçala" - "Bakılı" matçının 90+4-cü dəqiqəsində "Neftçala" klubunun 11 №-li futbolçusu Ülvi Səfiyaroğlu kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 37.1).

Futbol üzrə Azərbaycan I divizionunun XIX turunun "MKT Araz" - "Rəvan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com