Millimizin rəqibləri də bu gün matça çıxacaqlar

Millimizin rəqibləri də bu gün matça çıxacaqlar
Avro-2012-nin seçmə mərhələsində millimizin yer aldığı A qrupunda bu gün Belçika - Azərbaycan oyunu ilə yanaşı, daha bir qarşılaşma keçiriləcək. Siasport.az saytı xəbər veri ki, Bakı vaxtı ilə saat 22:30-da, İstanbuldakı Şükrü Saracoğlu stadionunda Türkiyə millisi Avstriya yığmasını qəbul edəcək. Millimizin rəqiblərindən olan Almaniya yığması isə bu gün Münxenqladbaxdakı Borussiya-Park stadionunda yoldaşlıq oyunu keçirəcək. Bundestimin rəqibi Avstraliya yığması olacaq. Bu oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə