Azərbaycanda futbol matçında iki oyunçu bıçaqlandı

Azərbaycanda futbol matçında iki oyunçu bıçaqlandı
Ağcabədi rayonunda futbol matçı qanla bitib. Siasport.az saytı xəbər verir ki, oyun rayonun Avşar və Hacıbədəlli kəndlərinin komandaları arasında, Hacıbədəlli kəndindəki meydançada keçirilib.

Oyunda yaralanan narazılıq 2 kəndin sakinləri arasında davaya çevrilib. Nəticədə Hacıbədəlli kəndinin 2 sakini - Yolçu Şıxəliyev və Ceyhun Rüstəmov bıçaqlanıb. Onlar dərhal Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ceyhunun yarası yüngül olsa da, həkimlər Yolçu Şıxəliyevin vəziyyətini orta ağır olaraq qiymətləndiriblər.

Ağcabədi rayon polis şöbəsindən verilən məlumata görə, hadisəni törədən və ya törədənlər hələlik saxlanılmayıb. Hazırda onların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.//ANS PRESS

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com