Jozef Blatter Braziliyaya sərt xəbərdarlıq etdi!

Jozef Blatter Braziliyaya sərt xəbərdarlıq etdi!

FİFA prezidenti Jozef Blatter 2014-cü ildə futbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək Braziliya rəsmilərinə xəbərdarlıq edib. Siasport.az saytı xəbər verir ki, Cenevrədə keçirilən beynəlxalq konfransda çıxış edən J.Blatter bildirib ki, Braziliya dünya çempionatının keçirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmək istəmir. FİFA prezidenti diqqətə çatdırıb ki, Dünya Çempionatının keçirilməsi üçün bu ölkənin üzərinə götürdüyü bir sıra öhdəliklər hələ də yerinə yetirilməmiş qalıb. O xüsusi ilə yol və nəqliyyat infrastrukturunun qurulmamasını ciddi tənqid edib. Beaziliya hökumət üzvlərinin arxayın davranışları FİFA prezidentini ciddi narahat edir.

Bütün xəbərlər Facebook səhifəmizdə