Vitor Pereyra: “İlk 20 dəqiqəni rəqibə qızıl sinidə təqdim etdik" AÇIQLAMA
"Monako"ya 3:1 hesabı ilə məğlub olaraq Çempionlar Liqasında çıxışını dayandıran "Fənərbaxça"nın portuqaliyalı baş məşqçisi Vitor Pereyra oyun haqqında fikirlərini bildirib. SİA-nın məlumatına görə, mütəxəssis matça pis başladıqlarını qeyd edib: "İlk 20 dəqiqəni rəqibə qızıl sinidə təqdim etdik. İkinci hissəyə isə yaxşı başladıq. Ancaq rəqibin qol vurmasının qarşısını ala bilmədik. Elə bir başlanğıcdan sonra nəticə də belə oldu. Oyunda daha artığını edə bilərdik. Elə bil qarşılaşmaya qorxu ilə girmişdik. İndi isə qarşıdakı oyuna baxmaqdan başqa çarəmiz yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB