Rəqiblər müəyyənləşdi

29 mart-3 aprel tarixlərində Almaniyanın Dortmund şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, qitənin ən mötəbər turnirində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımız iştirak edəcək. İlk olaraq 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulur, təmsilçilərimizin ilk rəqibləri artıq bəllidir.

60 kq – 1/16 final

Toğrul Əsgərov (AZE) – Vasyl Fedoryshyn (UKR)

74 kq – 1/8 final

Aqil Quliyev (AZE) – Dzhambuli Tsotadze (UKR)

96 kq – 1/16 final

Xetaq Qazyumov (AZE) – Eder Villanueva (ESP)

İlkin görüşlər Bakı vaxtı ilə saat 17.00-da, final qarşılaşmaları isə saat 22.00-da başlayacaq. Azarkeşlər final görüşlərini Rusiyanın NTV SPORT PLYUS kanalından canlı yayımla, gecə saatlarında isə Türkiyənin TRT-3 kanalından videoyazı ilə izləyə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com