Daha beş idman növü olimpiya oyunlarının proqramına daxil edilib FOTO
Daha beş idman növü olimpiya oyunlarının proqramına daxil edilib. SİA-nın məlumatına görə, bu barədə qərar Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin 129-cu sessiyasında qəbul olunub.
Qərara əsasən, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında karate, qayaya dırmanma, serfinq, beysbol və skeytbordinq yarışları da keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın karate idman növü üzrə dünyada tanınmış idmançıları var. Dünya karatesinin briliyantı Rəfael Ağayev planetin ən güclü karateçisidir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB