Millət vəkili: “Təklifin tələbi üstələməsi neftin qiymətini dəyişir" AÇIQLAMA
"Düzdür, neftin qiymətinin dəyişməsinə bir çox amillərin psixoloji təsiri var. Ancaq əsas səbəb iqtisadi amildir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
O, neftin qiymətinə təsir edən iqtisadi amillər haqqında danışıb: "Təklifin tələbi üstələməsi neftin qiymətini dəyişir. Böyük istehlakçı ölkələrdə iqtisadi çətinliklər neftə tələbin azalmasına gətirib çıxardır. Bazarda İran kimi yeni oyunçunun peyda olması isə təklifi çoxaldır. Bu, neftin qiymətlərinə dinamik təsir edir".
Millət vəkili qeyd edib ki, siyasi məsələlər neftin qiymətlərinə psixoloji və qısamüddətli təsir effekti yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB