Mehmet Topal: "Daha çox məsuliyyətli olmalıyıq" AÇIQLAMA

Mehmet Topal: "Daha çox məsuliyyətli olmalıyıq" AÇIQLAMA

"Monako"ya məğlub olaraq Çempionlar Liqası ilə vidalaşan "Fənərbaxça"nın (3:1) tanınmış futbolçusu Mehmet Topal oyun haqqında fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, müdafiədə etdikləri səhvləri xüsusi vurğulayıb: "Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. İlk yarım saat sönük oynadıq. Müdafiəyə üstünlük verdik. Belə olanda rəqib təzyiqi daha da artırdı. İkinci hissədə toparlanıb qol vurduq. Ancaq sadə səhvlərdən qapımızda qollar gördük. Hamımız daha çox məsuliyyətli olmalıyıq. Oyunumuzu inkişaf etdirməliyik. Avropa Liqaında ən yaxşı nəticəyə imza atmaq istəyirik".

Qeyd edək ki, M.Topal 36-cı dəqiqədə Simon Kjaer zədələndikdən sonra oyuna daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə