Futbol üzrə Belçika millisinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. SİA xəbər verir ki, bundan sonra ispaniyalı mütəxəssis Roberto Martines belçikalıların əsas millisinin uğurları üçün çalışacaq. Belçika futbol assosiasiyasının məlumatında deyilir ki, 43 yaşlı R.Martines AVRO-2016-dan sonra istefaya göndərilən Mark Vilmotsu əvəzləyib. Xatırladaq ki, Roberto Martines bundan əvvəl İngiltərənin "Uiqan", "Everton", Uelsin "Suonsi" klubuna rəhbərlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB