\"Xəzər Lənkləran\" yalnız futbolçu yetişdirmir

\"Xəzər Lənkləran\" yalnız futbolçu yetişdirmir
"Xəzər Lənkəran" Futbol Klubu nəzdində fəaliyyət göstərən eyni adlı idman cəmiyyətinin yetirmələri müxtəlif idman növlərində uğurlu çıxışlarını davam etidirirlər. Siasport.az saytı xəbər veri ki, klubun yetirməsi Həsənxanova Fəridə "Xəzər Lənkəran"ı ölkədaxili turnirlərlə yanaşı beynəlxalq miqyasda da yüksək səviyyədə təmsil edib. Belə ki, gənc idmançımız cüdo üzrə 52 kq çəki dərəcəsində yeniyetmə qızlar arasında keçirilmiş ölkə birinciliyində ilk pilləni tutaraq Avropa kubokuna vəsiqə qazanıb. Antalyada keçirilmiş qitə miqyaslı yarışda da Fəridə podiuma yüksəlməyi bacarıb və turnirin bürünc medalına sahib çıxıb.

Bundan əlavə digər idman növlərində də "Xəzər Lənkəran"ın yetirmələri nailiyyətlər əldə edib. Ötən il yunan-roma güləşi üzrə Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edən idmançı Cəfər Kərimov 46 kq çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq qızıl medal əldə edib.

Sambo idman növü üzrə fevral ayında keçirilmiş ölkə birinciliyində 90 kq çıxış edən yetirməmiz Tural Sefquliyev də birinci pillənin sahibi olub. Bu idman növü üzrə digər qızılı "Xəzər Lənkəran"a mart ayında Azərbaycan çempionatının qalibi olmuş Fariz Ramizzadə qazandırıb.

Daha bir idmançı Elvin Mirzəbəyli boks üzrə 57 kq çəki dərəcəsində gənclər arasında Azərbaycan çempionatının gümüş medalına sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com