"Lill" klubunun baş məşqçisi Frederik Antonetti Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə cavab görüşü öncəsi maraqlı açıqlamalarla çıxış edib. Matçdan öncə mətbuat konfransı keçirən Antonetti bunları bildirib: "Futbolçularımızın bəziləri ilk oyunda iştirak etmədilər. Lakin sabah onlar meydanda olacaq. "Qəbələ" ilə cavab görüşü ilə bağlı proqnoz verə bilmərəm".
- Fransada "Qəbələ"dən o cür yaxşı oyun gözləyirdizmi?
- Bəli, gözləyirdik. Çünki "Qəbələ" güclü komandadı. Biz oyundan əvvəl də onların nəyə qadir olduğunu bilirdik. Çünki bu komandanın matçlarını izləmişdik. "Qəbələ"nin məqsədi nədisə, sabah bizim məqsədimiz də elə olacaq.
- Sabah "Lill"in ifasında hücum futbolu görəcəyikmi?
- Bizim öz taktikamız var. Hücum futbolu ola da bilər, olmaya da.
- Ederə əsas heyətdə şans verəcəksizmi?
- Böyük ehtimalla, bəli.
- Portuqaliyalı hücumçuya cavab görüşündə şans verməyiniz "Qəbələ"nin ilk oyunda gözünüzü qorxutması ilə bağlıdır?
- Eder öz mövqeyində oynayır. Onunla 10 aydan çoxdur ki, əməkdaşlıq edirik.
- Sofyan Bufali keçən mövsüm komandanın liderlərindən idi. Onun yoxluğunda "Lill"in taktikası dəyişibmi?
- Təbii ki, onun oyunundan razıyıq. Lakin Bufalinin olmaması komandamıza öz təsirini göstərir.
- Sabah uğura nə mane ola bilər?
- Bizə mane ola biləcək bir şey varsa, o da "Qəbələ" komandasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB