“Bir il əvvəl “Fənərbaxça”nın təklifini rədd etdim”

“Bir il əvvəl “Fənərbaxça”nın təklifini rədd etdim”

İspaniyanın "Sevilya" futbol klubunun malili hücumçusu Frederix Kanute bu ölkənin "Marça" qəzetinə verdiyi müsahibədə bildirib ki, ötən mövsüm Avropanın bir sıra klubları onu transfer etmək üçün onun menecerinə müraciət ediblər. Siasport.az saytının xəbərinə görə, F.Kanute bu təkliflərin indi də davam etdiyini bildirib və əlavə edib ki, onların bir çoxuna "yox" cavabı versə də, onların israrı hələ də davam edir. O, bu sırada İstanbulun "Fənərbaxça" futbol klubunun da olduğunu deyib. O qeyd edib ki, keçən mövsüm İstanbul nəhəngi israrla onu transfer etmək istəsə də, o buna razılıq verməyib. Hazırda "Sevilya"da özünü xoşbəxt hiss etdiyini deyən F.Kanute, heç bir transfer barədə düşünmədiyini də dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə