Bu gün ÇL-də 10 oyun keçiriləcək

Bu gün ÇL-də 10 oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarının həyəcanı davam edəcək. SİA-nın məlumatına görə, ötən gün 5 görüş keçirilsə də, bu gün daha 10 qarşılaşma oynanılacaq.

Günün ən maraqla gözlənilən oyunu "Monako"–"Fənərbağça" matçı olacaq. Öz meydanında 2:1 hesablı qələbə qazanan İstanbul klubu səfərdə də sərfəli nəticə əldə etməklə, pley-offa adlamaq arzusundadır. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər matçlarda "Kopenhagen" (Danimarka) "Astra" (Rumıniya, ilk oyun – 1:1), "Styaua" (Rumıniya) "Sparta" (Çexiya – 1:1), "Hapoel" (Beyer-Şeva, İsrail) "Olimpiakos" (Yunanıstan – 0:0), "Yanq Boyz" (İsveçrə) "Şaxtyor" (Ukrayna - 0:2), "Zalsburq" (Avstriya) "Partizani" (Albaniya – 1:0), PAOK (Yunanıstan) "Ayaks" (Hollandiya – 1:1), "Anderlext" (Belçika) "Rostov" (Rusiya – 2:2), "Legiya" (Polşa) "Trençin" (Slovakiya– 1:0), "Seltik" (Şotlandiya) isə "Astana" (Qazaxıstan – 1:1) komandası üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə