Berti Foqts: "Yetirmələrimə inamım böyükdür"

Berti Foqts: "Yetirmələrimə inamım böyükdür"
Bu gün Brüssel şəhərində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da keçiriləcək Belçika – Azərbaycan oyunu barədə fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıb: "Doqquz gün davam edən hazırlıqdan çox razı qalmışam. Belə şərait yaratdığı üçün AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Futbolçular məşqdə özlərini yaxşı tərəfdən göstərdilər. Onlardan razıyam. Yetirmələrim bunu oyunda da sübut etməlidirlər. Onlara inamım böyükdür. Ancaq əsas tələbim odur ki, 90 dəqiqə soyuqqanlı və aqressiv oynasınlar, bacardıqlarını meydanda sübut etsinlər.

Rəqibimiz çox sürətli komandadır. Amma onlar Avstriyanı məğlub etdiklərindən, meydana bir qədər arxayın çıxacaqlar. Biz də bundan maksimum istifadə etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com