Uşu üzrə Bakı şəhər çempionatının qalibləri müəyyənləşib

Uşu üzrə Bakı şəhər çempionatının qalibləri müəyyənləşib
"Avtomobilçi" İdman Cəmiyyətində uşu üzrə keçirilən Bakı şəhər çempionatının qalibləri müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, birincilikdə 4 komandanı təmsil edən 60 nəfər (50 oğlan, 10 qız) mübarizə aparıb. Yarışın nəticələrinə görə 1-ci yerə Məlik Cəfərov, Ruzi Vəliyev, Faiq Eminov, Orxan Hüseynov, Bəxtiyar Həziyev, Muxtar Qarayev, Dolğun Mustafayev, Araz Əsgərov, Fuad Cəfər, Anar Kərimov, Nicat Heydərov, qızlar arasında isə Aynur Mustafayeva çıxıb.

Qaliblər müvafiq dərəcəli diplomlar və hədiyyələrlə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə