Kristof Daum “Frankfurt”da sərt rejim yaradır

Kristof Daum “Frankfurt”da sərt rejim yaradır

İstanbulun "Fənərbaxça" futbol klubunun sabiq baş məşqçisi Kristof Daumun bu yaxınlarda Almaniya Bundesliqa klublarından olan "Frankfurt" klubunun baş məşqçisi təyin olunması, klubdakı vəziyyəti kökündən dəyişdirib. Siasport.az saytı xəbər verir ki, Frankfurt təmsilçisinə baş məşqçi təyin olunar-olunmaz klubun bazasında əsl qayda-qanun yaratmağa çalışan K.Daum, bununla da futbolçular üçün əsl "cəhənnəm mələyinə" çevrilib. Belə ki, futbolçuları məşq prosesində daha çox çalışmağa və fiziki imkanlarını genişləndirməyə sövq edən almaniyalı futbol mütəxəssisi, onların fiziki qüvvəsini yüksəltməyə və özündən əvvəlki məşqçinin iş rejimini aradan qaldırmağa çalışır. Təcrübəli futbol mütəxəssisi, ilk növbədə futbolçuların klubun bazasına vaxtı-vaxtında gəlmələrindən tutmuş təlim-məşq prosesində ardıcıl iştirakına qədər hər şeyi birbaşa nəzarətinə götürüb. Almaniya mətbuatı yazır ki, K.Daumun sərt qayda-qanununa klub rəhbərliyi də müsbət münasibət bildirir. Onlar hesab edirlər ki, bu sistem əvvəlki hərc-mərcliyi aradan qaldıracaq. Əvvəlki baş məşqçi Mixail Skibbe isə İstanbulun digər nəhəngi olan "Qalatasaray"ın baş məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə