İstanbulun "Fənərbaxça" futbol klubunun və Türkiyə milli komandasının qolkiperi Volkan Dəmirəl Türkiyə mətbuatına bir sır açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, V.Dəmirəl haqqında çıxan transfer xəbərlərinə əsəbiləşdiyini və hazırda ancaq və ancaq Avstriya ilə sabah keçiriləcək qarşılaşma barədə düşündüyünü açıqlayıb. "Fənərbaxça"nın futbolçusu bildirib ki, mövsüm bitmədən hər hansı bir transfer barədə danışmağı yersiz sayır. Hazırda bütün diqqətini və qüvvəsini "Fənərbaxça"nın bu il çempion olmasına yönəltdiyini bildirən qolkiper əlavə edib ki, mövsümün sonunda Avropa klublarından birinə transfer olunmasının gündəmə gələ biləcəyi də istisna olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB