UEFA reytinqində ölkəmizin hesabına xal əlavə olunub

UEFA reytinqində ölkəmizin hesabına xal əlavə olunub

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, qurumun rəsmi saytında yayımlanan siyahıda Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən 5 cavab oyunundan sonra ciddi dəyişiklik olmayıb. Cədvəldə Azərbaycanın mövqeyi də dəyişməyib. Ancaq 24-cü pillədə olan ölkəmizin hesabına 0.125 xal əlavə olunub. Bu, "Qarabağ"ın "Viktoriya" ilə qollu heç-heçəsi (1:1) sayəsində olub.

Qeyd edək ki, cari mövsüm avrokuboklarda iştirak edən klublarımız Azərbaycana 2.250 xal qazanıdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə