Admir Teli: \"İşimin öhdəsindən gəldiyimi deyə bilərəm\"

Admir Teli: \"İşimin öhdəsindən gəldiyimi deyə bilərəm\"
Həftəsonu Avropa çempionatının seçmə mərhələsinin oyunları baş tutub. Siasport.az saytı xəbər verir ki, \"Qarabağ\"ın 5 futbolçusu əsas millidə olsa da, başqa ölkələrin şərəfini qoruyanlar da var. Ağdam təmsilçisinin müdafiəçiləri Admir Teli və Ansi Aqollinin forma geyindiyi Albaniya millisi qələbə qazanıb. 90 dəqiqə forma geyinən futbolçular Belarus üzərində 1:0-lıq qələbə qazanaraq 2-ci pilləyə yüksəlib. Digər legioner Andrey Rubins də Latviya millisində start heyətində meydana çıxıb. 57-ci dəqiqədə əvəzlənən Rubinsin komandası səfərdə İsrailə 2:1 hesabı ilə məğlub olub. \"Qarabağ\"ın legionerləri klubun rəsmi saytında öz çıxışlarını dəyərləndiriblər:


Admir Teli: \"Gərgin qarşılaşma oldu. Belaruslar cari tsikldə yaxşı oyun nümayiş etdirirlər. Doğma azarkeşlər önündə çıxış etdiyimizə görə qələbə qazanmaq istəyirdik. Müdafiəçi olaraq qol buraxdığıma görə işimin öhdəsindən gəldiyimi deyə bilərəm. İndi qələbə qazandıq. Artıq rahatca \"Neftçi\" ilə oyuna hazırlaşa bilərik\".

Ansi Aqolli: \"Azarkeşlərimizin önündə qələbə qazanaraq 2-ci pilləyə yüksəldik. İndidən Avropa çempionatının final mərhələsini fikirləşmək düzgün olmazdı. Qarşıda bizi çətin oyunlar gözləyir. Amma Avropa çempionatı haqqında fikirləşmək xoş bir duyğudur. Şansımızı sona qədər qorumağa çalışacağıq. \"Qarabağ`\"ın uğurlu çıxış etməsinin millidə Admirlə mənim oyunuma müsbət təsir etdiyini düşünürəm\".


Andrey Rubins: \"İsrail təhlükəli rəqibdir. Amma deməzdim ki, asiyalılara qarşı zəif oynadıq. Erkən vurulmuş qol bir qədər oyunumuzu pozdu. Artıq, bu oyunu unudub qarşıdakı oyunları fikirləşmək lazımdır\".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня