Fərid Qayıbov: "Gimnastlarımızdan gözəl çıxışlar gözləyirik" AÇIQLAMA

Fərid Qayıbov: "Gimnastlarımızdan gözəl çıxışlar gözləyirik" AÇIQLAMA

"Rio Olimpiadasında iştirak edəcək gimnastlarımız mötəbər yarışa hazırlıqlıdırlar. Onlar sadəcə olaraq öz həyəcanları ilə mübarizə aparıb, rahat şəkildə çıxış edərək qalib gəlməlidirlər. Gimnastlarımızdan gözəl çıxışlar gözləyirik". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov deyib.

O qeyd edib ki, gimnastlarımız ilk olaraq finallara düşməyə çalışmalıdırlar: "Rio-2016"da idman gimnastikası üzrə 2 oğlan idmançımız mübarizə aparacaq. Bu növdə London Olimpiadasında 1 lisenziyamız vardı idi. Bu dəfə isə iki lisenziya qazanmışıq. Onlar avqustun 6-da yarışlara qatılacaqlar. Mariya Durunda isə bədii gimnastika üzrə mübarizə aparacaq və ayın 19-da yarışmağa başlayacaq. Hər iki növdə ilk olaraq əsas nəticə finallara düşməkdir. Ondan sonra medallar uğrunda mübarizədən danışa bilərik. Bu, olimpiya oyunlarıdır. Burada bütün idmançılar hazırlıqlı olurlar. Azərbaycan idmançılarına uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə