“Bakıdakı məğlubiyyətə ən çox üzülən mən oldum”

“Bakıdakı məğlubiyyətə ən çox üzülən mən oldum”

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Quus Hiddinq AÇ-2012 çərçivəsində keçən il Bakıda Azərbaycan millisinə 0:1 hesablı məğlubiyyəti heç cürə yaddaşından silə bilmir. Siasport.az saytı xəbər verir ki, dünən TRT-nin "Stadyum" futbol verilişinə müsahibə verən hollandiyalı futbol mütəxəssisi bildirib ki, Azərbaycan milli komandasına olan məğlubiyyət qardaş ölkə yığmasının qrupdakı mövqeyini çətinə salıb: "Bakıdakı məğlubiyyətə ən çox üzülən mən oldum. Almaniyanın ardınca Azərbaycana da məğlub olmaq olduqca ağır vəziyyət yaratdı. Amma biz Avstriya ilə qarşılaşmaya bunları unudaraq çıxırıq. Komandaya yeni futbolçular cəlb olunub ki, bu da qarşıdakı oyunlarda öz sözünü deyəcək. Həttda Avstriyaya məğlub belə olsaq, bu heç nəyin sonu demək deyil. Çünki qarşıda çox böyük oyunlar var. Avstriya və Belçikanın Almaniya ilə çətin qarşılaşmaları var. Təbii ki, mən öz taleyimizin başqalarının nəticələrindən asılı olmasını istəməzdim. Əminəm ki, bu belə olmayacaq"-deyə Q.Hiddinq fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə