Baş məşqçi: "Nəticələrimizlə bütün Azərbaycanı sevindirəcəyik” AÇIQLAMA
"Azərbaycan milli komandasının Rio Olimpiadasına hazırlığı üçün yüksək şərait yaradılıb. Yığmamız olimpiya oyunlarına tam şəkildə hazırdır". Bunu SİA-ya açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Cəmşid Xeyrəbadi deyib.
Mütəxəssis idmançılarımıza inandığını qeyd edib: "Çıxış edəcəyimiz 5 çəkidə də medal qazanmaq şansımız var. İdmançılarımıza güvənirəm. Onların hamısı mübarizəyə hazırdırlar. Allah qoysa, nəticələrimizlə bütün Azərbaycanı sevindirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB