"Hava limanına gələrək olimpiyaçılarımızı yüksək səviyyədə yola salan insanlara minnətdarlığımı bildirirəm. Ölkəmizdə idmançılara çox böyük diqqət və qayğı göstəririlir. Üzərimizdə böyük məsuliyyət var. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq". Bunu SİA-ya açıqlamasında olimpiya çempionu Toğrul Əsgərov deyib.
O, "Rio-2016"dan Vətənə dörd ilə bundan öncəki uğurlardan da artıq qələbələrə qayıtmağa çalışacaqlarını qeyd edib: "Komandamızda bütün idmançılarımız titulludur. Onlar dünya və Avropa çempionlarıdır. Bəziləri isə artıq ikinci dəfədir olimpiya oyunlarına yollanırlar. Hamısından qələbələr gözləyirik. Bütün idmançılarımıza qızıl medlar, qələbələr arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB